





Crescent Mall – 28 May Açılış Günü!
Məmnuniyyətlə elan etmək istərdik ki, 28 may 2024-cü ildə PASHA Malls portfelinə aid olan Crescent ticarət mərkəzinin rəsmi açılış mərasimi baş tutmuşdur!
Ənənənin innovasiyalarla qovuşduğu bir məkan kimi Bakının müasir və dinamik inkişafını əks etdirən Crescent Mall-un açılış mərasimində "PAŞA Holding" MMC- nin Baş İcraçı Direktoru Cəlal Qasımov, PAŞA Management Company şirkətinin İcraçı Direktoru Özgür Geter, PAŞA Malls şirkətinin Baş İcraçı Direktoru Yaman Şahin , PAŞA İnşaat şirkətinin Layihə Direktoru Dincer Filiz, icarəçilərimiz və xüsusi qonaqlar iştirak etmişdir.
28 may 10:00-dan etibarən Crescent Mall qonaqlarımızın xidmətindədir!