60 ildən artıqdır ki, Yves Rocher-in gördüyü və təsəvvür etdiyi kimi həqiqi, təbii, mükəmməl gözəlliyi qorumağa çalışırıq. Mənşəyimizə sadiq qalaraq, biz qadınlar üçün əlçatan məhsullar istehsal edərək, onların gözəlliyini vurğulamağa davam edirik.
Biz, Yves Rocher markası olaraq 1959-cu ildən bəri heç bir vasitəçi olmadan inkişaf edir, tətqiqatlar aparır, bitkilər yetişdirir, məhsullar istehsal edir və çoxsaylı satışlar edir. Biz hər zaman Bretan təbiətinin ən gözəl bəhrəsini sizə münasib qiymətə təklif edə bilməyimiz üçün çalışırıq.
Tariximiz
Yves Rocher: 1959-dan bəri sizin təbii gözəllik dünyasına bələdçiniz
Yves Rocher. Hər kəsin yaxşı tanıdığı bu ad yalnız bir marka deyil, həm də zəngin dünya görüşü və yaradıcı təfəkkürü olan bir insanın adıdır.
1930-cu ildə Fransasının Bretan bölgəsinin La Qasilli kommunasında anadan olan bu insanın gözəllik təxəyyülü bu gün də inanılmaz dərəcədə aktualdır. 14 yaşında o, atasının qəfil itkisindən sonra hər gün təsəlli tapdığı meşəyə sığınmağa sövq etdi. Məhz o zaman balaca Yves təbiətin rifahımıza müsbət təsir göstərdiyini başa düşür.
İllər boyunca qadınları təbii qalmağa və təbiətə qovuşmağa çağıraraq Yves Rocher markasının əsaslarını müəyyənləşdirdi. Brendin təsisçisi cənab Yves Rocher öz evinin çardağında kiçik bir laboratoriya təşkil edərək, 1959-cu ildə orada ilk məhsulu olan ayçiçəyi kremini yaradır. Beləliklə də məşhur brendin tarixi başlayır.
ƏSAS ÖHDƏLİKLƏRİMİZ
Bizim üçün təbiət yalnız ilham mənbəyi deyil, eyni zamanda işimizin ürəyi və əsas qüvvəsidir. Planetə mənfi təsiri azaltmaq üçün illər boyunca real müşahidə və təcrübələrin köməkliyi ilə effektiv məhsullar yaradıb, hər zaman biliklərdən kənara çıxmağa çalışmışıq.
Biomüxtəlifliyin qorunması
Ətraf mühitə mənfi təsirin azaldılması
Planetin gələcəyinə qayğının göstərilməsi
Bitki zəkasına dəyərin verilməsi
YVES ROCHER AZƏRBAYCANDA
Azərbaycan Respublikasında ilk Yves Rocher mağazası 1996-cı ildə Bakı şəhərində fəaliyyətə başlayıb. 2020-ci ildən bəri isə alıcılar marka məhsullarını, həmçinin onlayn-mağaza vasitəsilə əldə edə bilirlər.