Mərtəbə 1

Bakının ən müasir və möhtəşəm memarlıq incilərindən biri olan Crescent Mall ticarət mərkəzində, qəhvəsevərlərin yeni görüş nöqtəsi — illy Espresso Bar qapılarını rəsmi olaraq ziyarətçilərin üzünə açdı. Məkan Crescent mallun 1-ci mərtəbəsində yerləşir.

Dünyanın 140-dan çox ölkəsində premium keyfiyyəti ilə tanınan italyan qəhvə brendi illy, indi Crescent Mall-un premium mühitində öz orijinal dadlarını təqdim edir. Xüsusi qovurma texnologiyası ilə hazırlanan 100% Arabica tərkibli espresso əsaslı içkilər, brendin qlobal keyfiyyət standartlarına tam uyğun şəkildə servis edilir.