Mərtəbə 1

Cold Stone Creamery dondurma sevənlər üçün unikal və ləzzətli təcrübə təqdim edən, dünyaca məşhur Amerika brendidir. Burada hər bir dondurma sifarişə uyğun olaraq, seçilmiş meyvə, şokolad, qoz-fındıq və digər dadlı əlavələrlə soyuq qranit daş üzərində qarışdırılaraq xüsusi şəkildə hazırlanır. Klassik dadlardan yaradıcı kombinasiyalara qədər geniş seçim imkanı təqdim edən Cold Stone Creamery hər zövqə uyğun ləzzəti kəşf etməyə dəvət edir.

İndi isə bu unikal dondurma təcrübəsini Bakıda yaşamaq mümkündür! Cold Stone Creamery Crescent Mall-un-1-ci mərtəbəsində fəaliyyətə başlayıb.